Modern.az

Partiya sədri həbs edildi

Partiya sədri həbs edildi

31 Oktyabr 2015, 18:00


“Ukrayna vətənpərvərlər birliyi” partiyasının  lideri Qennadi Korban həbs edilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinir.

Ukrayna Baş Prokurorluğunun  mətbuat katibi Yelena Qitlyanskaya da Korbanın həbs edildiyini təsdiqləyib: “Bəli, Korbanın saxlanılması haqda məlumat həqiqətdir. O, cinayətkar qruplaşmasının digər fiqurları ilə birgə tutulub”.

Baş prokuror Vladislav Kutsenko isə əlavə edib ki, indi onun cinayətkar qruplaşmaya rəhbərliyi məsələsi araşdırılır. Onun fikrincə, Qennadi Korbanın həbsində heç bir siyasi çalar axtarmağa ehtiyac yoxdur.

Partiya lideri Dnepropetrovskda saxlanılıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi