Bu gün Türkiyədə parlament də seçkiləri keçirilir. Modern.az saytı xəbər verir ki, yerli vaxtla saat 08:00-da başlayan təkrar parlament seçkilərində səsvermə saat 17:00-da başa çatacaq.
Seçkilərdə 16 siyasi partiya iştirak edir. Səsvermədə 54 milyon 49 min 940 seçicinin iştirakı gözlərinilir.
Seçkidə iştirak edən siyasi partiyalar bunlardır:
Ədalət və İnkişaf Partiyası (AKP),
Müstəqil Türkiyə Partiyası,
Böyük Birlik Partiyası,
Cümhuriyyət Xalq Partiyası (CHP),
Demokrat Partiyası,
Demokratik Sol Partiya,
Xalqların Demokratik Partiyası (HDP),
Kommunist Partiyası,
Millət Partiyası,
Milliyyətçi Hərəkət Partiyası (MHP),
Səadət Partiyası,
Vətən Partiyası və Xalqın Qurtuluş Partiyası,
Haqq və Özgürlüklər Partiyası,
Doğru Yol Partiyası,
Liberal Demokrat Partiyası
Seçkidə, Türkiyə daxilində heç bir partydana olmayan 21 müstəqil millət vəkili namizədi yarışacaq.
Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır.
Seçkilərdə 16 siyasi partiya yarışsa da, əsas mübarizə 4 siyasi qurum arasında gedir: hakim Ədalət və İnkişaf Partiyası (AKP-sədr R.T.Ərdoğan), Cümhuriyyət Xalq Partiyası (CHP-sədr Kamal Kılıçdaroğlu), Milliyətçi Hərəkat Partiyası (MHP-sədr Dövlət Baxçalı), Xalqların Demokratik Partiyası (HDP-sədr Səlahəddin Dəmirtaş).
Xatırladaq ki, bu il 7 iyun tarixində Türkiyədə parlament seçkiləri keçirilmiş və 13 ildir ölkəni təkbaşına idarə edən hakim AKP hökuməti qurmaq üçün yetəri qədər səs toplaya bilməmişdi. AKP 258 deputat mandatı qazanmışdı, halbuki təkbaşına iqtidar olmaq üçün 276 millət vəkili yeri əldə etməliydi. Həmin seçkinin nəticəsinə görə, Türkiyədə ya koalisiya hökuməti qurulmalıydı. Lakin AKP bunu da bacara bilmədiyindən təkrar seçki qərarı verildi.
Modern.az