Somalinin paytaxtı Moqadişo şəhərində 8 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular öncə şəhərin prestijli “Sahafi” otelinin qarşısında bomba yüklü maşın partladıblar sonra isə mehmanxananın ərazisinə daxil olaraq insanları atəşə tutublar.