Noyabrın 1-də Milli Məclisə seçkilərin başlandığı səhər saatlarından Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu gün keçirilən parlament seçkilərində məntəqəyə gələrək səs verib.
Modern.az-ın məlumatına görə, Baş nazir 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.
Milli Məclisin sədri Oqtay Əsədov isə parlament seçkilərindəki səsvermə hüququndan 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində istifadə edib. Bu məntəqə paytaxtdakı 7 saylı məktəbində yerləşir.
Modern.az