Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirlir. Budəfki seçkilərdə Milli Məclisdəki 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Modern.az saytının əməkdaşları bir məntəqədə seçkinin gedişini izləyiblər.
20 saylı Nərimanov 2-ci seçki dairəsinin 13 saylı seçki məntəqəsində seçkilərin normal axarda davam etdiyini müşahidə etdik.
Məntəqədəki seçki komissiyasının üzvləri bildirdilər ki, saat 10:00-a qədər seçicilərin150 nəfəri seçkidə iştirak edib. Günün ikinci yarısında seçicilərin daha aktov olacağını gözlədiklərini vurğuladılar.
Seçki məntəqəsindəki bitərəf müşahidəçilər də səsvermənin gedişindən razılıq etdilər.
Qeyd edək ki, bu məntəqədə “exit-poll” keçirilmir.
Ağa Akifoğlu
Emil Rasim