İsrail Knessetinin deputatı, İsrail nümayəndə heyərinin rəhbəri Aviqdor Liberman bu gün Xətai və Nəsimi rayonlarında parlament seçkilərinin gedişatını izləyib. Modern.az xəbər verir ki, İsrail nümayəndə heyətinin rəhbəri4 deputatla bərabər 22 saylı Nəsimi İkinci və 34 saylı Xətai İkinci Seçki dairələrində səsvermənin gedişatını izləyib. Onun sözlərinə görə, nümayəndə heyətinə daxil olan bir neçə deputat isə paytaxtdan kənarda səsvermə prosesini izləyir.