Modern.az

Saat 12.00-a olan seçki məlumatı: Seçici fəallığı 28.2 faiz olub

Saat 12.00-a olan seçki məlumatı: Seçici fəallığı 28.2 faiz olub

Təhsil

1 Noyabr 2015, 12:59

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov seçkilərlə əlaqədar saat 12:00-a olan məlumatı açıqlayıb.

Onun sözlərinə görə, saat 12:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 1468205 seçici səs verib. Bu, seçicilərin 28.2 faizi deməkdir.

R.Gülməmmədov deyib ki, indiyə olan məlumata görə, seçici fəallığına görə ən passiv dairə 47 saylı Mingəçevir Seçki Dairəsi (18.1 faiz), ən aktiv dairə isə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir (47.3 faiz).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi