İsarilin hərbi kəşfiyyatının (AMAN) rəhbəri general-mayor Hertsi Qalevi İranın İsraildən olan texniki geriliyini tədricən aradan qaldırması barədə mühazirə deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Təl-Əvivdəki idarəetmə kollecində çıxışı zamanı deyib.
“Əgər siz məndən İranla yaxın 10 ildə müharibə edib-etməyəcəyimizi soruşsanız, mənim sizə cavabım təəccüblü olacaq: biz artıq İranla müharibə vəziyyətindəyik. İranla texnoloji müharibə aparırıq. Bizim mühəndislərimiz iranlı mühəndislərlə mübarizə aparır və bunun əhəmiyyəti günü-gündən artır”.
Hertsi Qalevi 1979-cu il İran İslam inqilabından sonra bu ölkədə universitet tələbələrinin sayının 20 dəfə artdığını, eyni zaman kəsiyində İsarildə bu göstəricinin cəmi 3,5 dəfə artdığını misal çəkib. Kəşfiyyat rəisi İranda texniki fənlərə, riyaziyyat və təbiət elmlərinə xüsusi diqqət ayrıldığını vurğulayıb.
General digər tərəfdən “İslam dövləti” (İŞİD) qruplaşmasının texniki imkanlarının genişləndiyini, onların müasir şifrələnmiş informasiya metodlarından istifadə etdiyini deyib.
Qalevi mühazirəsi zamanı əgər 1948-ci ildə sosial şəbəkə və “virus video”lar olsaydı İsarilin mövcudluğunun sual altında qalacağını da deyib.
Vüqar İsmayılov