Türkiyənin Kırklareli şəhərində PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) bölgə başqanı Feyaz Şahin və Kırklareli universitetinin tələbə təşkilatlarından birinin üzvü Adnan Kurt saxlanılıblar.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar seçki məntəqəsinə daxil olan zaman öz şəxsiyyət vəsiqələrini göstərməkdən imtina ediblər və seçki komissiyasının üzvlərinə müqavimət göstəriblər.