Modern.az

“Nəticələr nə olursa-olsun, balkondan xalqa səslənəcəm”

“Nəticələr nə olursa-olsun, balkondan xalqa səslənəcəm”

1 Noyabr 2015, 13:29



Türkiyənin baş naziri Əhməd Davudoğlu ata yurdu Konyada səs verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, iyun seçkilərində olduğu kimi Şükrü Doruk Anadolu İmam Hatib liseyində səs verən Davudoğlu daha sonra jurnalistlərin qarşısına çıxıb.

“Hər kəsi seçkidə iştirak etməyə və bizə əsl demokratiya bayramı yaşatmasına səsləyirəm. İndiyə qədər gördüyüm seçici fəallığı da yüksəkdir. Bir daha cümhuriyyət bayramından sonra, demokratiya bayramı yaşamağımızı arzulayıram”.

Davudoğlu seçkilərin nəticəsindən asılı olmayaraq, hökumət binasının balkonundan xalqa müraciət edəcəyini deyib.

“Balkondan xalqa səslənmək prezidentimiz Ərdoğanın zamanından qalma bir adətmizdir. Nəticə nə olursa-olsun, balkondan xalqa səslənəcəm”.

Türkiyədə 16 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 54 milyon səsvermə hüququ olan vətəndaş 550 deputat mandatının sahibini müəyyənləşdirəcək.

Vüqar İsmayılov

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi