78 saylı Lerik seçki dairəsindən Yeni Azərbayan Partiyasının deputatlığa namizədi İqbal Məmmədov qarla şəkil paylaşıb.
O, "Feysbuk" səhifəsində belə bir status da yazıb: “Hər fəsli gözəl olan Lerikimizdə seçki bayram kimi keçirilməkdədir. Sərt hava şəraitinə baxmayaraq rayonumuzun bütün sakinləri məntəqələrə gedərək öz namizədinə səs verməkdədirlər.
Şəxsi müşahidəmin nəticəsi olaraq əminliklə qeyd edirəm ki, seçki tam şəffaf və yüksək səviyyədə keçməkdədir. Bu gözəl qarlı gündə məntəqələrə gedərək seçkidə iştirak edən bütün vətəndaşlarımıza təşəkkür edirəm”.
Modern.az