Bu gün Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir. 16 partiyanın mübarizə apardığı, 54 milyon insanın səs verəcəyi seçkilərdə ilk qalmaqal yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürdlərin radikal Xalqların Demokratik Partiyasının (HDP) maraqlarından çıxış edən CİHAN xəbər agentliyi səsvermə bitməmiş onun nəticələri haqqında informasiya yayıb və bu mübahisələrə səbəb olub.
Siyasi çevrələrdə bu addım təxribat kimi qiymətləndirilib. Həmin agentliyin seçkilərin nəticəsi kimi tərtib etdiyi siyahıda partiyaların faiz göstəriciləri qeyd olunub.
Elmin NURİ