Modern.az

Abdullah Gül səs verdi: “Millətin dincliyə və sabitliyə ehtiyacı var”

Abdullah Gül səs verdi: “Millətin dincliyə və sabitliyə ehtiyacı var”

1 Noyabr 2015, 15:46


Türkiyənin 11-ci dövlət başçısı Abdullah Gül Beykozdakı Çubuqlu ibtidai məktəbinə gələrək səsvermə hüququndan istifadə edib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, çıxışda jurnalistlərə açıqlama verən Gül deyib: “Xeyirlisi olar inşallah. Şübhəsiz ki, bundan sonra millətin dincliyə, sabitliyə ehtiyacı var. İnşallah, hər şey xeyirli olar”.

Abdullah Gül jurnalistlərin bu seçkinin nəticəsindən  “koalisiya çıxarmı” sualını da cavablandırıb: “Bilə bilmərəm, artıq bir nəticə çıxmalıdır. Ondan sonra məmləkət üçün nə lazım olsa, hər kəs onu edəcək. Xeyirli olsun, inşallah”.    

Millətin dincliyə ehtiyacı olduğunu izah edən Gül əlavə edib:

“Seçki günləri millətin hakimliyinə müraciət etmək günü olur. Hər kəs səsindən istifadə edir. İnşallah, xeyirlisi olar. Şübhəsiz ki, bundan sonra millətin dincliyə, sabitliyə ehtiyacı var. İnşallah, hər şey xeyirli olar”.    

Daha sonra Gül avtomobilinə minərək məktəbdən ayrılıb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi