Modern.az

Səsvermə zamanı dava: Polis gözyaşardıcı qazdan istifadə etdi

Səsvermə zamanı dava: Polis gözyaşardıcı qazdan istifadə etdi

1 Noyabr 2015, 15:55


Kocaelinin Darıca məhəlləsində səsvermə zamanı hakim Ədalət və İnkişaf  Partiyası ilə Xalqların Demokratik Partiyası (HDP) üzvləri arasında yaranan davaya polis gözyşardıcı bibər qazla müdaxilə edib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə Piri Reis məhəlləsindəki Sərvət Yalçın ibtidai məktəbində meydana gəlib.

Burada 80 yaşındakı bir qadının səsvermə əsnasında köməkçi olmaq istəyən qohumları ilə səsvermə prosesinin müşahidəçiləri arasında mübahisə yaranıb. İddiaya görə, AKP-dən olan müşahidəçi, yaşlı qadının qutuya atmaq üzrə olduğu səsvermə zərfini alaraq cırıb.  

Böyüyən mübahisə daha sonra HDP-lilər ilə AKP-lilərin davasına çevrilib. Hadisə yerinə polis qrupları çağırılıb. Davanın qarşısını almaq mümkün olmayanda polislər gözyaşardıcı istifadə edərək tərəfləri ayırıb.

Hadisə ilə bağlı araşdırma aparılır.      

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi