Rezin qayıqlarla Midilli adasına gedən qaçqınlarla bağlı faciə yaşanıb.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qayıqların batması nəticəsində dənizə düşərək boğulan qaçqınların cəsədləri Yunanıstanda sahilə çıxıb.
Ölkələrindəki müharibədən qaçaraq yeni bir həyat qurmaq arzusu ilə Avropaya üz tutan miqrantlar Yunanıstanın Midilli adasından keçid nöqtəsi kimi baxırlar.
Əksəriyyəti Əfqanıstandan olan 3-ü uşaq, 1-i qadın olmaqla 4 nəfər ölüb. 135 nəfər son anda sahil təhlükəsizlik qrupları və bir yük gəmisi tərəfindən xilas edilib.
Ağa Akifoğlu