Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə ən çox seçici fəallığı ilə seçilən dairələr məlum olub.
Modern.az-ın xəbərinə görə, bu dairələrdən birincisi Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü 14 Saylı Xəzər seçki darəsidir.Fuad Muradovun namizədliyi irəli sürülən 34 saylı Xətai 1-ci seçki darirəsində də seçici fəallığı yüksək olub. Bundan başqa, 15 saylı Yasamal 2-ci sekçi dairəsində də seçicilər aktivlik nümayiş etdiriblər.
Azay Quliyevin də namizədliyi irəli sürülən 8 saylı Binəqədi 1-ci seçki dairəsində vətəndaşlar seçki məntəqələrinə davamlı gələrək özlərinin deputat görmək istədikləri şəxsə səs veriblər.
123 saylı Kəlbəcər seçki dairəsi də ən çox seçici aktivliyinin müşahidə olunduğu seçki dairələri sırasındadir.
Ağa Akifoğlu