106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində səsvermə zamanı saxtakarlığa yol verildiyi iddia edilir.
Modern.az bildirilir ki, bu haqda həmin dairədən deputatlığa namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçki qərargahından məlumat verilib.Məlumatda iddia edildiyinə görə, yerli icra orqanları tərəfindən bir seçiciyə bir neçə bülletenin verilməsi, qutuya topa şəklində bülletenlərin atılması, kənar şəxslərin məntəqə ərazisindən kənarlaşdırılmaması, bülletenlərin qanunsuz olaraq məntəqə sədrinin otağında saxlanılması faktlarına rast gəlinib.
O da qeyd edilir ki, rast gəlinən bu faktlarla bağlı aktlar tərtib olunub. Seçki qərargahının etirazlarına isə bəzi məntəqə üzvləri belə reaksiya veriblər: “Prezident Administrasiyasından belə təlimat almışıq”.
Modern.az