Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızının seçki qərargahından Modern.az saytına verilən məlumata görə, bu gün səsvermə zamanı dairənin 27, 26, 11, 4-cü məntəqələrində müstəqil namizəd Tural Abbaslı və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilər səsvermənin başladığı ilk saatlardan seçki prosesinə mane olaraq, seçicilərdən məntəqəyə hətta daxil olmağa imkan verməyərək onlardan şəxsiyyət vəsiqəsi tələb ediblər.
Şəxsiyyət vəsiqələrini təqdim etmədikləri halda səsverməyə buraxmayacaqları ilə hədələyiblər. Bundan əlavə seçicilərin əllərindən bülletenlərini almağı cəhd ediblər ki, digər seçicilər buna imkan verməyiblər.Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilərinə dəfələrlə xəbərdarlıq edilsə də onlar müşahidəçilik səlahiyyətlərini aşaraq, kobud hərəkətləri ilə azad, şəffaf səsvermə mühitini pozublar. Onların bu hərəkətləri ilə bağlı protokol tərtib edilib.
21-ci Dairə üzrə 19 saylı məktəbdə yerləşən məntəqədə onlara protokol yazıldıqdan sonra məntəqədən uzaqlaşdılıblar. Lakin onlar məntəqənin həyətində yenə də secicilərin səsvermə proseslərinə maneçiliklər yaratmağa çalışıblar. Məsələ ilə bağlı Məlahət İbrahimqızınını seçki qərargahı MSK-ya məlumat verib.
Modern.az