“Səs vermə zamanı Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb.”
Bu barədə Modern.az saytına 63 saylı Sabirabad I seçki dairəsindən bildiriblər.
Qeyd olunub ki, yaranan xoşa gəlməz hal seçki dairəsinin nümayəndələri tərəfindən qaydasına salınıb. “Hal hazırda səsvermə normal qaydada da davam etdirilir.”
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib: “Heç bir ciddi pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib.
Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb”.
Emil Rasim