Bakıda zibit qabından qumbara aşkar edilib. Bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) Modern.az saytına məlumat verilib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunmuş və baxış keçirilən zaman məlum olub ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarasıdır.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və başqa şübhəli əşya aşkar edilib.
Qeyd edək ki, Sursat aidiyyatı üzrə təhvil verilib.
Ağa Akifoğlu