Ordunun Akkuş mahalında səsverməyə gedən Salise Çiftçi infarkt keçirərək həyatını itirib.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, mahal mərkəzində yaşayan 62 yaşlı Çiftçi Akkuş Anadolu Liseyindəki 1074 nömrəli məntəqədə səs vermək üçün növbəyə dayanıb. Bu zaman halı pisləşən Çiftçi üçün təcili xidmət qruplarından kömək istənilib.Hadisə yerindəki ilk müdaxilənin ardından Akkuş Dövlət Xəstəxanasına qaldırılan Çifçinin infarkt nəticəsində həyatını itirdiyi bildirilir.
Modern.az