Siirtin Eruh rayonunda yaşayan və Türkiyənin ən yaşlı seçicisi olan 130 yaşlı Mehmet Əsən nəvələrinin köməyi ilə parlament seçkilərdə səs verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçkidə səs verən Mehmet Əsən 1 noyabr seçkilərinin türklər ilə kürdlərə sülh və əmin-amanlıq gətirməsini arzulayıb.Eruh rayonuna aid olan Gedikkaşar kəndində yaşayan və Türkiyənin ən yaşlı seçicisi olan 130 yaşlı Mehmet Əsən hər seçkidə olduğu kimi bu seçkidə də öz namizədini seçib.
Çətinliklə ayaqda durmasına baxmayaraq seçkiyə gələn Mehmet Əsən bunu vətəndaşlıq borcunu yerinə yetirmək üçün etdiyinii bildirib.
Ağa Akifoğlu