21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Tural Abbaslının müşahidəçilərinin məntəqədən zorla çıxarıldığı haqqında məlumatlar yayılıb.
Bununla yanaşı, Ümid Partiyasının namizədi Günel Səfərovanın nümayəndələrinin də təzyiqlə üzləşdiyi qeyd edilir.
Bildirək ki, Tural Abbaslının müşahidəçisi İlqar Ağasıyev məntəqədən zorla çıxarıldığını, polisin ona qarşı zor tətbiq etdiyini bildirib.
21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova öz facebook səhifəsində bildirib ki, Nəsimi rayon ərazisindəki 74 saylı Uşaq Bağçasında yerləşən 3 saylı məntəqədə Umid Partiyasının müşahidəçilərini məntəqədən çıxartmaq istəyiblər və polislə hədələyiblər.
Dairə Seçki Komisiyasından aldığımız məlumata görə Günel Səfərova tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu faktı Umid Partiyasının adı çəkilən məntəqədə təmsil edən Məmmədov Rəvan İntiqam oğlu da təsdiq edib.
O belə yanlış məlumatların mətbuata verilməsini seçki mədəniyyətsizliyi ilə əlaqələndirib.
Modern.az