İngiltərənin ən yüksək tirajlı qəzetlərindən “The Sun on Sunday” bugünkü “Mourinyo oyunları” başlıqlı xəbərində, “Liverpul” məğlubiyyətindən bir neçə saat sonra “Çelsi”nin sahibi Roman Abramoviçin baş məşqçi Jose Mourinyo ilə klubun üzləşdiyi böhranla bağlı yığıncaq keçirdiyini və ona komandanı toparlaması üçün bir həftə vaxt verdiyini bildirib.
Modern.az xarici mediaya istinadən bildirir ki, rusiyalı milyarderin “Dinamo” Kiyev və “Stok Siti” matçlarından pis nəticələr əldə etsə, portuqaliyalı baş məşqçi vəzifəsinə son verəcəyi irəli sürülüb.
“Çelsi” İngiltərə çempionatında bu mövsüm keçirilən 11 turdan sonra 11 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir. Maurinyonun komandası 6 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib, cəmi oyunda meydanı qalib tərk edib.
Modern.az