“Əl-Qaidə” qruplaşmasının lideri Ayman əl-Zəvahiri tərəfdarlarına müraciət edərək Qərbə qarşı birləşməyə çağırış edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma lideri xüsusən Rusiyaya qarşı belə bir ittifaqın yaradılmasını vacib bilib.
“Amerikalılar, ruslar, iranlılar, ələvilər və “Hizbullah” bizə qarşı birləşib. Doğurdanmı, biz bir-birimizlə mübarizəyə son qoyub birləşə bilmərik?”- video müraciətdə Zəvahiri deyir. Zəvahirinin Rusiya aqressiyasından danışdığı nəzərə alınaraq, görüntülərin oktybarın ortalarında çəkildiyi təxmin edilir.Əl-Zəvahiri bundan əvvəlki çıxışlarında İraq-Şam İslam Dövləti terror qruplaşmasının legitimliyini tanımasa da, Suriyada hərbi situasiyanın dəyişməsindən sonra bu addımı atıb.
Vüqar İsmayılov