62 saylı Saatlı seçki dairəsindən Mili Məclisə ilk dəfə mandat əldə edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deputat kimi ilk təəssüratlarını Modern.az saytı ilə bölüşüb.
O, deyib ki, deputat seçilməyi həm fərəhli, həm də məsuliyyətdir:
“Eyni zamanda, böyük yükdür. Qarşıya çıxan problemləri, edilən müraciətləri necə həll edəcəyik, buna gücümüz çatacaqmı? İndiki şəraitdə elə hesab edirəm ki, mandat qazanan bütün deputatlar mənim keçirdiyim hissləri keçirir. Fərəh hissi, məsuliyyət hissilə çulğalaşanda daha gözəl olur. Bunu yaşayanlar məni yaxşı başa düşə bilər”.
Əflatun Amaşov seçicilərinə minnətdarlığını da bildirib:
“Mənə etimad göstərən insanlara, seçicilərimə, həmçinin seçkiləri geniş şəkildə işıqlandıran Modern.az saytı və onun timsalında bütün kütləvi informasiya vasitələrinə təşəkkürümü bildirirəm. Sağ olun, var olun! Mənə olan etimadı mütləq doğrultmağa çalışacağam”.
Gülşən RAUFQIZI