Ötən gün İstanbulda çeçen separatçılarının liderlərindən olan Əbdülvahid Umarov öldürülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Kürən” ləqəbi ilə tanınan Umarov killer tərəfindən öldürülüb.O, “İçkeriya Çeçen Respublikası”nın informasiya, xarici işlər naziri olmuş və mərhum Cövhər Dudayevin sağ əli sayılan Mövludi Uduqovun qohumu olub.
Əbdülvahid Umarov Rusiya tərəfindən qadağan olunmuş “Kavkaz Center” informasiya agentliyinin administratoru olub. Çeçenistanlı separatçının Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü ehtimal olunur.
Vüqar İsmayılov