Modern.az

Pənah Hüseyn prezidentə müraciət edəcək

Pənah Hüseyn prezidentə müraciət edəcək

Təhsil

2 Noyabr 2015, 11:00


Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Sabirabadda yaşayan qohumları rayon polis şöbəsinə aparılır.

Bu barədə Modern.az saytına Pənah Hüseyn məlumat verib. O bildirib ki, qohumlarından polisə şikayətlər daxil olub. 

Pənah Hüseyn əlavə edib ki, onun özünü də polisə çağırıblar.

Deputatlığa keçmiş namizəd onu da qeyd edib ki, qanunsuzluqlar,  adıçəkilən dairədə olan seçki saxtakarlığı və qohumlarına təzyiq edilməsi ilə bağlı prezidentə müraciət edəcək.  

Pənah Hüseyn 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd idi.  

Rəsmi nəticələrə görə, o, rəqibi, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Elçin Quliyevə seçkini uduzub.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi