Milliyətçi Hərəkat Partiyasından (MHP) istefa verərək hakim Ədalət və İnkişaf Partiyasına “AKP) keçən Toğrul Türkeş noyabrın 1-də keçirilən təkrar parlament seçkilərindən sonrakı ilk mesajında MHP sədri Dövlət Bağçalıya mesaj yollayıb. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Alparslan Türkeşin oğlu mesajında yazıb:
“Dağdan qalxan quşun cinsini bilməyən, əcdadını tanımayanlar, sabahkı aqibətlərinə hazırlaşmalıdırlar”
Baş nazir köməkçisi Toğrul Türkeş seçkilərin nəticələrini qiymətləndirən ilk mesajı kifayət qədər sərt olub.
Türkeşin partiyadan ayrılmasının ardından MHP lideri Dövlət Bağçalı “Türkeşin vəziyyəti MHP-nin səslərini bölərmi” sualına, “Bir dağa bir sərçə qonsa, dağ nə qazanar, bir dağdan bir sərçə qalxsa, dağ nə itirər”, - şəklində cavab vermişdi.
Toğrul Türkeşin sosial şəbəkədən verdiyi indiki açıqlama bu ifadələrə cavab olaraq qiymətləndirilib.
Modern.az