Modern.az

“İrəli” sədri: “Gənclər parlament seçkilərində daha fəal idi”

“İrəli” sədri: “Gənclər parlament seçkilərində daha fəal idi”

Təhsil

2 Noyabr 2015, 12:37

“Azərbaycanda  seçkilərin azad və demokratik  şəkildə  keçirilməsi bir daha hər kəsin azad şəkildə öz namizədini  müəyyən  etdiyini sübut etdi”. Bu sözləri Modern.az-a açıqlamsında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onub sözlərinə görə, builki səsvermədə  insanlar  aktiv  şəkildə iştirak  ediblər:

“Ölkə  üzrə ümumi seçici fəallığı 55,7  faiz  olub. Yəni, 5 milyon  198 min 658  seçicidən 2 milyon 897 min 188-i  səsvermədə  iştirak edib. Bu, ötən parlament  seçkiləri  ilə müqayisədə təxminən 6 faiz çoxdur. Və  diqqətdən  yayınmayan  digər  hadisə  isə  gənclərin parlament   seçkilərində  daha  fəal olması idi. Bu  çox  sevindirici  bir  haldır. Artıq gənclər  öz hüquqlarını bilir və bunu dəyərləndirirlər”.

Gənclərin səsvermə ilə yanaşı  seçkilərdə  müşahidəçilik missiyasından danışan “İrəli” sədri bunu çox müsbət hal kimi dəyərləndirib.

““İrəli”- nin  üzvləri də müxtəlif  səsvermə  məntəqələrində  müşahidəçi qismində seçkilərin  şəffaf  keçirilməsində  dəstək  oldular. Azərbaycanda  sosial-demokratik,  liberal-demokratik,  konservativ,  sosialist, neokonservativ, neoliberal, antikommunist  yönümlü  partiyalar  fəaliyyət  göstərir. Seçkilərdə  hər bir partiya  nümayəndəsinin  təmsil olunub  seçilməsi  çox yaxşı  bir  haldır.  Hər  kəs fərqli  düşüncəyə sahib olduğu kimi, hər partiya da fərqli düşüncəyə sahibdir. Bu da onu göstərir ki, ölkəmizdə fikir azadlığı mövcuddur və hər kəsin düşüncəsi  yüksək  qiymətləndirilməlidir”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi