Modern.az

MSK son 4 dairə üzrə lider namizədlərin adlarını açıqlayıb

MSK son 4 dairə üzrə lider namizədlərin adlarını açıqlayıb

Təhsil

2 Noyabr 2015, 13:26

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədi açıqlayıb.  

APA-nın məlumatına görə, Məzahir Pənahov deyib ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 70,3 faiz səslə Tahir Süleymanov (YAP), 118 saylı Ağdam şəhər Seçki Dairəsində 66,4 faiz səslə  Bəxtiyar Əliyev (YAP) , 121 saylı Laçın Seçki Dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə (YAP) lider namizəddir. 

Daha çox diqqət çəkən 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub, Ümid Partiyasının sədri İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki,  Azərbaycan üzrə 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən, yəni 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi