Oktyabrın 31-də Qusar rayonunun Qalacıq kəndində yaşayan Məmməd Mövlana dəm qazından zəhərlənərək dünyasını dəyişib. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 31-də Göygöl rayonunda yaşayan Günay Abbasova, Gəncə şəhərində yaşayanlar - Eltac Süleymanov, Günel İsmayılova dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Noyabrın 1-də Gəncə şəhərində yaşayan Habil Bayramov və arvadı Səmayə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Modern.az