Suriyada insanlığa yaraşmayan daha bir mənzərə yaşanıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, şiə məzhəbindən olan qadın və kişi fərq etmədən vətəndaşlar dəmir qəfəslərə qoyularaq prospektlərdə canlı qalxan edilib.
Bu dəfə İraq-Şam İslam Dövləti (İŞİD) deyil, daha mülayim olduğu ifadə edilən başqa bir təşkilat Ceyşül İslam, yəni İslam Ordusu Suriyada qorxunc bir görüntü sərgiləyib. Təşkilat 5 adamdan ibarət olan qadın və kişi qrupunu dəmir qəfəslərə qoyaraq özlərinə canlı qalxan edib.
Yük maşınlarının arxasında daşınan şiə suriyalılar və suriyalı əsgərlər bölgədəki hava əməliyyatlarından qaça bilmək üçün istifadə edilir.
Mərkəzi Londonda olan İnsan Haqları Mərkəzindən verilən açıqlamada Suriyanın paytaxtı Dəməşqin şimal-şərqindəki Şərqi Gutada yaşanan hadisədə qəfəslərin içindəklərin suriyalı əsgərlər və ailələri olduqları bildirilib.
Modern.az