Modern.az

Goranboyda yanan qadın süni tənəffüs aparatına qoşulub

Goranboyda yanan qadın süni tənəffüs aparatına qoşulub

Təhsil

2 Noyabr 2015, 17:11


Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov Goranboyda partlayış nəticəsində xəsarət alaraq Bakıya gətirilən xəstələrin son durumu ilə bağlı növbəti açıqlama verib.

O, Modern.az saytına xəstə Şəbnəm Qasımovanın vəziyyətinin ağır olaraq qaldığını deyib. Həkim bildirib ki, iki uşaq anası reanimasiyada, süni tənəffüs aparatına qoşulub və həyatda qalmaq mücadiləsi verir:

“Vəziyyəti ağırdır. Yaxşıya doğru dəyişən nə isə yoxdur. Bu şəkildə daha 5-10 gün davam edəcəksə, yaşamasına dair hansısa fikir səsləndirmək olar”.

Uşaqların vəziyyətinə gəlincə, həkim, onların yaxşı olduğunu qeyd edib:

“Yaqub və İsanın vəziyyəti yaxşıdır. Palata şəraitində müalicələri davam etdirilir. Bir neçə gün sonra evlərinə yazıla bilərlər”.

Oktyabrın 20-də Goranboy rayonunun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə partlayış baş verib. Nəticədə bir ailənin 4 üzvü- İnqilab Qasımov, həyat yoldaşı, Şəbnəm Qasımova, övladları, 8 yaşlı Yaqub və 7 ağır yanıq xəsarətləri alıb. Hadisənin səhəri günü ailə başçısı İnqilab Qasımov bədənin 98 faiz yanığı diaqnozu ilə Bakıya gətirilərkən, yolda, Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi