Modern.az

Dünyanın ən bahalı sosiskalarının kilosu 1079 dollardır

Dünyanın ən bahalı sosiskalarının kilosu 1079 dollardır

Təhsil

2 Noyabr 2015, 17:21


İngiltərənin Hempşir qraflığının sakini Kevin Terner dünyada ən bahalı sosiskalar hazırladığını bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun hazırladığı sosiskaların dənəsi 37 funt sterlinq (57 dollar), 1 kilosu isə 700 funt sterlinq (1079 dollar) təşkil edir.  

Qəssablıqla məşğul olan Kevin Terner hazırladığı məhsulun bu qədər baha olmasını onun tərkibinin nadir donuz cinsi sayılan manqalitsa piyindən, ağ göbələkdən, stilton pendirlərindən və 1947-ci ildə çəkilmiş çaxırdan ibarət olması ilə əsaslandırıb.  

O, noyabrın 2-dən 8-nə qədər keçiriləcək beynəlxalq sosiska festivalında yeni məhsulu ilə iştirak edəcəyini açıqlayıb.    

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi