Modern.az

Oğrular Mikayıl Müşfiqin abidəsini qaranlığa qərq etdi

 Oğrular Mikayıl Müşfiqin abidəsini qaranlığa qərq etdi

2 Noyabr 2015, 21:55

Paytaxt parklarından birində gözlənilməz hadisə baş verib. Modern.az   musavat.com-a istinadən xəbər verir ki, şair Mikayıl Müşfiqin abidəsindən oğurluq edilib. Oğurluq hadisəsi Yasamal rayonu ərazisində yerləşən parkda baş verib.

Mikayıl Müşfiqin abidəsinin ətrafında quraşdırılan elektrik şitlərindən 9 ədəd avtomat oğurlanıb. Elektrik şitləri heykəlin işıqlandırılması üçün quraşdırılmışdı.  

Qeyd edək ki, şairə məxsus abidə Bakı Şəhər İcra Hakimiyyətinə aiddir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?