Rusiyanın Tula şəhərində Moskva-Yerevan marşrutu ilə hərəkət edən avtobus qəzaya uğrayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfərin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilir.Qəza yerində xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, avtobusda ümumilikdə 63 sərnişinin olduğu bildirilir.
Modern.az