Qadın Konsensus Mərkəzi Prezident yanında Qeyri-Hökumən Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə tədbir keçirib.
Modern.az xəbər verir ki, "Azərbaycan qadınların siyasi iştirakçılığı" mövzüsunda keçirilən dinləmədə Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkiləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.“Qadın Konsensus Mərkəzinin” qadınların nüfuz və səlahiyətlərinin artması sahəsində ictimai dinləmələrin taşkili" layihəsi çərçivəsində 5 ictimai dinləmə- seminarın keçirilməsi nəzərdə tutulur.
"Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə" , "Qadınların siyasi iştirakçılığı" "Sahibkar qadınlar", "Qadınların nüfuz və səlahiyyətlərinin artması və gender bərabərliyi "Qadın mövzusu KİV və sosial mediada" sahələrini əhatə edir.
Qadın Konsensu Mərkəzinin sədri Aynur Camalqızı qeyd edib ki, ölkədə rayon üzrə icra hakimiyyəti başcısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyə üzvü seçilmiş qadınların sayı əvvəlkinə nisbətən artaraq 35 faizə qalxıb.
Milli Məclisə 5-ci çağrış seçkilərində ilkin nəticələlərə görə 21-i qadın deputat seçilib".
Emil Rasim