Modern.az

NATO Qarabağa sülhməramlılar yerləşdirə bilər

NATO Qarabağa sülhməramlılar yerləşdirə bilər

3 Noyabr 2015, 12:09

NATO-nun Cənubi Qafqazla əlaqələr üzrə rəsmi nümayənədsi Uilyam Laxyu hərbi blokun Qarabağda sülhməramlı qüvvələr yerləşdirmək planlarının olmadığını deyib. Modern.az xəbər verir ki, o, bu barədə Yerevanda NATO həftəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib: “Əgər Ermənistan, Azərbaycan və münaqişədə iştirak edən digər tərəflərin istəyi olarsa, biz bunu müzakirə etməyə hazırıq”.

Laxyu münaqişənin region üçün təhlükə törətdyini bildirərək, tərəflərə silah satan ölkələrin də bu təhlükəyə görə məsuliyyət daşıdıqlarını deyib: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə silah satan ölkələr münaqişənin davam etməsinə şərait yaradırlar. Və təbii ki. münaqişənin davam etməsi bütün regiona təhlükə yaradır”.

Ermənistan Xarici İşlər Nazirliyinin şöbə müdiri Samvel Mkrtçyan isə bütün tərəflərin razılaşmasından və şərtləri dəqiqləşdirməsindən sonra belə razılaşmanın mümkün ola biləcəyini deyib.

Vüqar İsmayılov   

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi