Modern.az

Klublarımız cərimələnib

Klublarımız cərimələnib

Təhsil

3 Noyabr 2015, 23:47


AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb.  Modern.az AFFA-ya istinadən məlumat verir ki,  Premyer Liqanın XI turunda “Sumqayıt” ilə səfərdə oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub min manat məbləğində cərimələnib. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib. “Rəvan”–“Xəzər Lənkrəran” matçının 80-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsinə görə hər iki kluba min manat ödəməli olacaq. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi