Modern.az

TQDK sınaq imtahanlarını nə vaxt keçirəcək? - AÇIQLAMA

TQDK sınaq imtahanlarını nə vaxt keçirəcək? - AÇIQLAMA

5 Noyabr 2015, 09:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlər üçün təşkil edəcəyi sınaq imtahanların nə zaman olacağı hamını maraqlandırmağa başlayıb. Modern.az saytı bunu nəzərə alaraqTQDK ilə əlaqə saxlayıb.

Komissiyanın mətbuat xidmətindən Modern.az-a bildirildi ki, sınaq imtahanlarının keçirilmə vaxtı haqqında indidən danışmaq tezdir.

“İki ildir magistr imtahanları fevral ayında, sınaq imtahanları isə aprel ayından başlayaraq  keçirilir. Ola bilsin ki, gələn il də bu ənənə davam etdirilsin. Amma hələ dəqiq deyil. Tarixlər dəqiqləşdirilməyib”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU