
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Livan dövlətinə səfərə yola düşüb. Səfərdən məqsəd Məzhəblərin yaxınlaşması təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.
QMİ-nin mətbuat xidmətindən
Modern.az-a verilən məlumata görə, İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.
QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.
Şeyxülislam A. Paşazadəni səfərdə QMİ sədrinin I müavini Müfti Salman Musayev müşayiət edir.
Modern.az