Noyabrın 4-də Ukrayna Ali Radası prezidentin təqdimatı əsasında ölkənin milli polisinə rəhbərlik edəcək Xatiya Dekanoidzenin namizədliyini təsdiqləyib. Vətəni Gürcüstanda təhsil naziri işləmiş Dekanoidze polis qüvvələrinin rəhbəri təyin olunmazdan öncə Ukrayna daxili işlər nazirinin məsləhətçisi çalışıb.
“Mən Ukraynanı çox sevirəm. Bura mənim ikinci vətənimdir. Əlimdən gələn hər şeyi edəcəyəm”, - Xatiya Dekanoidze yeni təyinatı ilə bağlı mətbuata açıqlama verib.
Xatiya Dekanoidze 1977-ci il yanvarın 20-də Tbilisidə anadan olub. 24 yaşında Mixail Saakaşvilinin komandasına daxil olub və 2007-ci ildə 30 yaşlı gənc kadr Gürcüstan Polis Akademiyasının direktoru təyin olunub. 2012-2013-cü illərdə isə Xatiya Dekanoidze təhsil naziri səlahiyyətlərini icra edib.
Evlidir və 1 oğlu var.
Vüqar İsmayılov