Azərbaycan Yazıçılar Birliyinin (AYB) qəbul komissiyasının iclası noyabr ayının sonlarında baş tutacaq. Bu barədə Modern.az-a komissiyanın sədri və birliyinin birinci katibi Fikrət Qoca məlumat verib.
Onun sözlərinə görə, elə bu dəqiqələrdə AYB-yə qəbulla bağlı gərgin işlər aparılır:
“Komissiyanın tərkibi bir dəfə dəyişdi. Ona görə də müəyyən gecikmələr oldu. Elə elə bu dəqiqələrdə üzvlüyə qəbulla bağlı sənədlərə baxış keçirilir. Noyabrın ayının sonunda qəbul komissiyasının iclası keçiriləcək və birliyə yeni üzvlər qəbul ediləcək”.Elmin NURİ