Modern.az

Qrossa cavab

Qrossa cavab

5 Noyabr 2015, 14:30

Andres Qross Türkiyədə ümumxalq parlament seçkilərini və seçki kampaniyasınını keçirilmə vəziyyətini tənqid edib. Bildirib ki, seçki kampaniyası ədalətsiz şəkildə, güc tətbiqi və qorxu atmosferi altında  keçirilib və jurnalistlərə təzyiqlər olunub.

Millət vəkili Fuad Muradov məsələylə bağlı Modern.az saytına öz fikrini bildirib.

“1 noyabr 2015-ci ildə Azərbaycanda və Türkiyədə keçirilən seçkilər azad və şəffaf şəraitdə baş tutub. Çox təəssüf ki, Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kölgə salmaq və “tənqid atəşinə” tutmaq peşələrini davam etdirirlər.”

F. Muradov qeyd edib ki, regionla bağlı açıqlamalarında daha çox neqativ istiqamət tutan bu təşkilatlar və onların “demokrat” nümayəndələri məsələləri araşdırmamış “nəticə” çıxarırlar.

“Türkiyədə məğlub olan heç bir siyasi partiya seçkilərlə bağlı etiraz bildirməyib və nəticələri tanıyıblar. Lakin Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Türkiyədə keçirilən seçkilərin nəticələrini şübhə altına alaraq “jurnalistlərə təzyiqlərdən”, insanları qorxu altında saxlamaqdan danışır. Biz bunu dəfələrlə Azərbaycanla bağlı münasibətdə müşahidə etmişik. Bu qurumları seçki prosesi ümumiyyətlə maraqlandırmır. “Hesabatları” isə əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir.”

Türkiyə ilə bağlı qərəzli mövqe sərgiləməyin səbəblərinə toxunan millət vəkili qeyd edib ki, bu tənqidlərin seçki prosesinə heç bir aidiyyatı yoxdur. “Türkiyə bu gün terrordan əziyyət çəkir və ölkənin müdafiəsi üçün zəruri addımlar atmağa məcburdur. Desturiktiv qüvvələr  isə əksinə terror təşkilatlarına dəstək verməklə regionda yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Bunun vasitəsilə öz istəklərini diqtə etməyə cəhd göstərirlər.”

Seçkiləri yüksək qiymətləndirən Fuad Muradov bildirib ki, istər Azərbaycanda, istərsə də Türkiyədə insanlar azad və demokratik mühitdə seçkilərə gələrək öz fikirlərini ifadə ediblər. “O ki, qaldı bəzi təşkilatların mövqeyinə, burada ikili standartlar hökm sürür. “Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və insanların hüquqları kobud şəkildə pozulub. Separatçıları dəskətləyən fikirləri ilə seçilən Michael McNamara isə bir dəfə də olsun 1 milyon vətəndaşımızın öz doğulduğu rayon və şəhərlərdə səsvermə hüququndan məhrum olmasını dilə gətirmir.”

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi