Hollivudun ən uğurlu komediya aktyorlarından sayılan Eddi Merfi 9-cu dəfə ata olacaq.
Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, rəfiqəsi Peyc Batçer hamilədir. Bu uşaq 54 yaşlı Merfi üçün 9-cu, onun 36 yaşlı rəfiqəsi üçün isə ilk uşaq olacaq.
Eddi Merfinin müxtəlif qadınlardan doğulan 26 yaşlı Erik və 25 yaşlı Kristian adlı övladları var idi.
Merfinin yeganə rəsmi nikaha girdiyi Nikol Mitçellə izdivacdan Bria (25), Maylz (22), Şeyna (21), Zolu (15) və Bella (13) adlı övladları var. Bundan başqa, 2006-cı ildə “Spaice Girls” qrupunun solisti Melani Braun aktyora Encel Ayris adlı övlad bəxş etmişdi.
Eddi Merfi 1982-ci ildə çəkilən “48 saat” filmi ilə populyarlıq qazanmışdı. Sonradan “Beverli Hilz polisi”, “Dəlisov professor” və s. uğurlu filmlərdə çəkilən aktyor, 2000-ci illərdən ciddi yaradıcılıq uğursuzluqları ilə üzləşib.
Vüqar İsmayılov