Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” siyasi blokunda seçkilərdən sonra heç bir müzakirə aparılmayıb.
Bu barədə Modern.az saytına Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” bloku ilə bağlı hələ ki heç bir yenilik yoxdur:
“Yaxın vaxtlarda Sərdar Cəlaloğlu ilə görüşüb blokun taleyi barədə danışacağıq”.
ADP sədri açıqlamalarının birində “Qarabağ” blokunun fəaliyyətini dayandırdığını bəyan edib.
Namidə BİNGÖL