Modern.az

İlham Əliyev Gürcüstana gedib

İlham Əliyev Gürcüstana gedib

Təhsil

5 Noyabr 2015, 16:24


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib.

Modern.az AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti  Tbilisidəkəki mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edib.

İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını da ziyarət edib. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi