Modern.az

İçməli su ilə təminata dəstək məqsədilə daha bir layihə

İçməli su ilə təminata dəstək məqsədilə daha bir layihə

Təhsil

5 Noyabr 2015, 14:21


Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Sayca dördüncü olan layihə Balakən rayonunun Qabaqçöl qəsəbəsində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Balakən rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısının birinci müavini Azad Balayev və AGAT-ın koordinatoru Günel Səfərova layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roberts İnapss JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi xarakterizə edib. Daha sonra açılışı bildirən rəmzi lent kəsilərək, su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 8000-ə yaxın olan Qabaqçöl qəsəbəsində içməli su layihəsi AGAT tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir və Lerik rayonlarında da su təminatı layihələri həyata keçirilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi