Modern.az

Milli Şura Müsavatın istəyini rədd etdi

Milli Şura Müsavatın istəyini rədd etdi

Təhsil

5 Noyabr 2015, 18:09


“İstər Müsavat Partiyası, istərsə də digər müttəfiqlərlə birgə mitinq keçirilməsi kimi mövzu Milli Şura üçün mövcud deyil”.

Bunu Modern.az-a Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

O, bildirib ki, kütləvi aksiyalar yalnız siyasi müxalifətin iradəsi ilə keçirilməməli, burada cəmiyyətin sosial sifarişi olmalıdır: “Cəmiyyət nə zaman özünü buna hazır hesab edərsə, keçirilən kütləvi aksiyalarda geniş kütlələrin iştirakı real görünərsə, o zaman müxalifətçilər kütləvi aksiyaya qərar verəcəklər”.

Fuad Qəhrəmanlı hətta bu gün də mitinqlərin keçirilməsinə hazır olduqlarını söyləyib:

“Biz bu gün buna hazırıq, ancaq məsələ ondadır ki, müxalifətin resursları və onun təşəbbüsü

hesabına keçirilən aksiyalar qarşıya qoyulan məqsədlərin təmin olunması üçün yetərli deyil.

Cəmiyyətin bu prosesdə iştirakı lazımdır. Ümumiyyətlə, biz də bu məsələni diqqətdə saxlayırıq. Nə zaman Azərbaycan cəmiyyəti mitinqə hazır olacaqsa, o zaman qərarımızı verəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Milli Şura ilə birgə mitinq keçirilməsini istisna etməmişdi.

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi